İspaniya La Liqa2 təmsilçisi "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelidən vaz keçmir. Baş məşqçi Manuel Moskera rəhbərlikdən iki transferin qısa müddətdə tamamlanmasını tələb edib.
 
Klub "transfer pəncərəsi" bağlanana qədər Azərbaycan millisinin üzvü ilə yanaşı, "Qranada"dan ayrılan yarımmüdafiəçi Alberto Martinlə anlaşmaq istəyir. Hazırda azad agent olan ikincinin keçidi artıq reallaşmaq üzrədi. Emreli ilə bağlı danışıqlar isə hələ də davam edir. İspanlar bu məsələnin açıq qaldığını, transferin hər an reallaşa biləcəyini vurğulayıb.
 
Mahir Emreli ilə İspaniyanın digər klublarının da maraqlandığı bildirilirdi. Amma onun da başqa variantları var. Belə ki, Bakıya Abdullah Zubir üçün gəldiyi deyilən Fransa “Genqam”ının rəhbərliyinin əsas hədəfi məhz həmyerlimizdi. Danışıqlar davam etsə və futbolçu ölkə xaricinə getməkdə maraqlı olsa da, təklif edilən məbləğlər “Qarabağ”ı qane etmədiyindən proses uzanır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp