“Neftçi”nin hücumçusu Baqali Dabo komandadakı durumundan narazıdı. Bunu fransalı özü deməyib, xanımının sosial şəbəkədəki paylaşımı belə söyləməyə əsas verir.
 
“Neftçi”nin dünən “Sabah”a uduzduğu matçda Dabo forma geyinmədi. Zədəsini sağaltdıqdan sonra “Bney Yehuda”ya qarşı Avropa Liqası matçında oynayan hücumçu, hazırda baş məşqçi Roberto Bordindən etimad görmür. Görünür, inciklik ailə daxilində də müzakirə olunub.
 
Baqalinin fotolarını paylaşan xanımın paylaşımında yazılanlardan bunu hiss etmək mümkündü: “Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədi. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.
69293157 676674912850140 5114571494164267008 n.jpg? nc cat=100& nc oc=AQlY8ICnEx0Tg4AlHyJ7NUa Ojbj2mNryIorHtYzWy5XP0l3luh9CuSC6 rP0YmaSP8& nc ht=scontent.fgyd4 2 - Futbolinfo.az
69206948 1241009282772350 278490000209739776 n.jpg? nc cat=106& nc oc=AQnZnSJ8cwIqF8YPZ3PeQOugptZSas2IK7WUbCsb827DlI8Qiyw nJ ozp9TgiSysOQ& nc ht=scontent.fgyd4 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp