Premyer Liqanın 2019/20 mövsümünə “Zirə” üzərində qələbə ilə başlayan “Səbail” yubiley uğuruna imza atıb.

Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, “ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail olub. Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdilər.

Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf edib. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər”, bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatıb. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdilər – 1:0.

Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dır – 258.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp