“Zirə” klubunun iki futbolçusu ölkəsinin milli komandasına dəvət alıb.

Futbolinfo.az “qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı iki oyunu üçün milliyə çağırılıb.

Adıçəkilən yığmalar dünya çempionatının seçmə mərhələsində ilk oyunlarını keçirəcəklər. Maraqlıdı ki, Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşacaq.

Oyunlar sentyabrın 7-də Botsvanada, 3 gün sonra Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin II raundunda qrupa vəsiqə qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp