İtaliyanın “Roma” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı müdafiəçisi Federiko Fasio ilə “nikah” təzələyib.

32 yaşlı futbolçu “canavarlar”la 2 illik yeni müqaviləyə imza atıb. Beləliklə, Fasio 2021-ci ilin yayına qədər “Roma”nın uğurları üçün çalışmağa davam edəcək.

Argentina millisinin sabiq üzvü 2016-cı ildən “sarı-qırmızılar”ın uğurları üçün çalışır.

“Roma” son bir həftə ərzində Cengiz Ündər, Nikolo Zaniolo və Edin Dzeko ilə də yeni müqavilə imzalamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp