2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi loqosunun təqdim olunacağı vaxt məlum olub.

Futbolinfo.az xəbər verir ki, DÇ-2022-nin rəsmi loqosu sentyabrın 3-də nümayiş olunacaq. 

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Mundialın loqosunun ilkin versiyası məlum olsa da, hələlik, təsdiqlənməyib. 

Sözügedən dünya çempionatı 21 noyabr-18 dekabr tarixlərində keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp