Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının baş məşqçisi Rayan Giqqzə yeni köməkçi təyin olunub.
Futbolinfo.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Robert Peyg AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla, Belarusla isə yoxlama oyununda Rayan Giqqzin məşqçilər korpusunda yer alacaq.
Robert son olaraq 21 yaşadək futbolçulardan ibarət Uels millisini çalışdırırdı.
Uels – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.