Fransanın “Tuluza” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Beşiktaş”dan Nikolas İsimat-Mirini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mirin, 2019/20 mövsümünü icarə əsasında “Tuluza”da keçirəcək.

“Tuluza” mövsümün sonunda klublar arasında razılaşdırılmış məbləği ödəyərək, 27 yaşlı müdafiəçinin transfer hüquqlarına sahib ola bilər.

Shares: