Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Alper Potukla müqaviləni yeniləyib.

Futbolinfo.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti əvvəlki kimi 2022-ci ilin yayına qədərdi.

Sadəcə, 28 yaşlı yarımmüdafiəçi maaşının 40 faiz azaldılmasını istəyib. Təşəbbüs futbolçunun özündən gəlib və klub rəhbərliyi də bunu müsbət qarşılayıb. 

Türkiyə mətbuatının yazdığına görə, əvvəlki müqaviləyə əsasən ilinə 2,2 milyon avro alan Alper, bundan sonra illik 1 milyon 320 min avro qazanacaq.

Shares: