"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Müdafiədə səhvsiz oynamağa çalışdıq. Bunu 45 dəqiqə bacardıq. Rəqibin təzyiqinə dözə bilmədik. Qapımıza sadə penalti təyin olundu. O epizodda penalti var idi. Belə məğlubiyyətə dözmək çətindi. Məğlubiyyətin başlıca günahkarı mənəm. Çalışacağıq ki, bu vəziyyətdən birlikdə çıxaq”. 

39 yaşlı mütəxəssis bildirib ki, Yusif Nəbiyev zədəli olduğu üçün Sadiq Quliyev məcburiyyət üzündən müdafiənin cinahında oynayıb: “Belə məğlubiyyəti kənardan izləmək ağırdı. Mənim üçün çox çətindi. Amma nəzərə almaq lazımdı ki, rəqib də "Qarabağ" idi".

Gənc məşqçi komandada qalacağı ilə bağlı suala isə belə cavab verib: "Buna rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. Mənim üçün bu, problem deyil. Amma indi bu, gəmini tərk edib getmək olar. Özbaşına getməyim doğru deyil. Rəhbərlik istəsə, əlbəttə, komandanın xeyri üçün gedəcəm”. 

Qurbanov bu görüşdə futbolçula kompakt oyun tapşırdığını vurğulayıb: "Onlara belə məqamda deyiləsi söz yoxdu. Çalışacağıq ki, bu oyunu unudaq və gələcək matçlara baxaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp