"Qarabağ"ın legioneri Abdullah Zubir Premyer Liqanın II turunda evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qarşılaşma ilə bağlı danışıb, daha sonra transfer məsələsinə aydınlıq gətirib.
 
– Gözlənildiyi kimi, asan matç olmadı. “Qəbələ” bizi müdafiədə qarşılayırdı. İlk qolu vurandan sonra rəqibdə daha çox boşluqlar tapdıq və öz oyunumuzu göstərməyə başladıq.
 
– Avrokuboklarda çox qol epizodları yaratsan da, fərqlənə bilmirdin. Bu matçda isə uzaqdan zərbədən sonra toru silkələdin. Niyə zərbə vurmaqdan çəkinirsən?
– Avrokuboklarda da kifayət qədər zərbə vururam. İstəsəz, statistikalara nəzər yetirə bilərsiniz. Necə gəldi, zərbə vurmuram.
 
– “Linfild”ə məğlubiyyət gözlənilməz oldu. Niyə uduzduz?
– Rəqib zəif komanda deyil. Xeyli qol şansımız oldu. Elə onların da. Hesab 3:1 olsaydı, bizim üçün daha çətin olacaqdı. Özümüzə inanırıq.
 
– “Genqam”a transfer məsələn nə yerdədir? İddia edilir ki, “Qarabağ” səni bir milyon avroya satmaq istəmir…
– “Qarabağ”ın futbolçuyam, müqaviləm var. Bu, klubun işidir. Danışmağım düz olmaz.
 
– Ürəyin “Qarabağ” sevgisi ilə döyünür?
– Mən burdayam.
 
– “Qarabağ”la Avropa Liqasında oynamaq yaxşıdır, yoxsa Fransanın II liqasında?
– Axı dedim, “Qarabağ”ın futbolçusuyam. Burada özümü xoşbəxt hiss edirəm.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp