Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu iki komanda cari mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparıblar. Bu mübarizədən meydan sahibləri qalib ayrılıblar.

Turun digər oyunlarında “Səbail” “Sumqayıt”a, “Qarabağ” isə “Qəbələ”yə 3:0 hesabıyla qalib gəlib, “Keşlə” də “Sabah”ı 1:0 üstələyib.

Azərbaycan Premyer Liqası
2-ci tur

26 avqust

“Zirə” – “Neftçi” 1:0
Qol: C.Hüseynov, 27.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 70. Nicat Süleymanov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 10. Dario Federiko, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

Shares: