Şimali İrlandiyanın “Linfild” klubunu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununda dəstəkləyəcək azarkeş sayı məlum olub.

Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə Şimali İrlandiya təmsilçisini bir azarkeş dəstəkləyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Filipp Middlton adlı azarkeş sabah – avqustun 27-də Bakıya yola düşəcək. Middlton, “Linfild”in “Torshavn”la Avropa Liqasının 2-ci təsnifat mərhələsinin səfər oyununa da yollanan tək azarkeş olub.

“Qarabağ” – “Linfild” matçı avqustun 29-da, saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Linfild” 3:2 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp