Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Alaves”dən Gilyerme Maripanı transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Monako” Maripan üçün 15 milyon avro təzminat ödəyib. Müdafiəçi Çili millisinin də formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp