PSJ Fransa çempionatının 3-cü turu çərçivəsində qarşılaşdığı “Tuluza”ya 4:0 hesabıyla qalib gəlsə də, iki aparıcı futbolçusunu itirib.

Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisinin hücumçuları – Edinson Kavani ilə Kilian Mbappe bu oyunda zədə alıb.

Fransa mətbuatının yaydığı məlumata görə, Kavaninin zədəsi ciddi deyil. Amma Mbappedə durum fərqlidi. Fransa yığmasının da formasını geyinən gənc forvardın 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp