AFFA Məşqçilər Komitəsində bir yer vakantdı. Yaşar Vahabzadənin “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov “meydanda azlıqda qalıb”.
 
Vaxtlə Şahin Diniyev Gəncə klubuna gedərkən, eyni zamanda Böyükağa Hacıyev dünyasını dəyişərkən də eyni vəziyyət yaranmış, komitə uzun müddət tam tərkib olmadan yığışmışdı. Bəs, indi necə olacaq? Vahabzadəyə xələf nə vaxt seçiləcək?
 
AFFA-nın mətbuat xidmətindən aldığımız məlumata görə, məsələ açıq qalır. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bu barədə müzakirə aparılmadığını deyir: “Vahabzadə postundan yeni ayrılıb. Hələlik bu barədə düşünməmişik, yeni bir məlumat olsa, açıqlanacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp