UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransanın Monako şəhərində keçiriləcək tədbir avqustun 29-da, saat 20:00-da start götürəcək.

Çempionlar Liqasında 32 komanda 8 qrupda mübarizə aparacaq.

ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə qazanan komandalar:

İspaniya: “Barselona”, “Real”, “Atletiko”, “Valensiya” 
İngiltərə: “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” 
İtaliya: “Yuventus”, “Napoli”, “İnter”, “Atalanta” 
Almaniya: “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leyptsiq”
Fransa: PSJ, “Lion”, “Lill” 
Rusiya: “Zenit”, “Lokomotiv”
Portuqaliya: “Benfika”
Ukrayna: “Şaxtyor” 
Belçika: “Genk” 
Türkiyə: “Qalatasaray” 
Avstriya: “Zalsburq”

Digər 6 komanda ÇL-in pley-off mərhələsinin oyunlarından sonra bəlli olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp