“Sumqayıt”ın prezidenti Riad Rəfiyev cəzalanmalıdı. Premyer Liqanın 2-ci turunun “Səbail”ə qarşı oyunundan sonra onun verdiyi açıqlamalar başına bəla ola bilər.
 
Rəfiyev hakimlərin 0:3 hesablı məğlubiyyətdə birbaşa günahkar olduğunu bildirmiş, onları qərəzli olmaqda suçlamışdı. Bir klub rəsmisinin belə açıqlama verməsi onun cəzalanmasını şərtləndirir.
 
Təcrübədə dəfələrlə belə hadisələr olub. Sonuncu dəfə “Neftçi”nin idman direktoru Ceyhun Sultanov hakimlər haqqında mətbuata verdiyi kəskin açıqlama üzündən 10 oyun cəza almış, klubu 16 min manat cərimələnmişdi. AFFA İntizam Komitəsinin həm də Klublar Komitəsinin rəhbəri olan bu şəxsi başlayacağı, ikili standart tətbiq edəcəyi, yoxsa cəza kəsəcəyi maraqla gözlənilir.
 
Cəza üçün oyunun protokolunda və ya raportda hansısa qeydə də gərək yoxdu. Elə Sultanov olayında olduğu kimi, mətbuata dedikləri Rəfiyevin cəzalanmasına kifayət etməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp