“Zirə”nin baş məşqçisi Samir Abasovun Premyer Liqanın 2-ci turunda "Neftçi" ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib. 

Futbolinfo.az xəbər verir ki, Abasov 1:0 hesabıyla bitən görüşü belə şərh edib:

– Həddindən artıq gərgin oyun keçdi. Qələbə qazanmağımız yaxşı oldu. Ən azından bizə bir siqnal oldu ki, oyun udmaq üçün mübariz olmalısan. Azarkeşlərimiz bizi yalnız qoymadı. Ötən il onları bir az üzdük. Futbolçularıma "sağ ol" düşür.

– Komandada bir az dağınıqlıq görünürdü. Ötən həftə ilə bu gün arasında nə dəyişdi?
– Bir-iki oyunçu var idi ki, tez verdiyi qərarlarla düşdükləri situasiyadan çıxırdı. Bu oyunda mübarizə apardıq. Ancaq bu, ötən tur yox idi. Həm "Səbail", həm də "Neftçi" avrokuboklarda oynayıb. Bizim komanda yavaş-yavaş özünə gələcək.

– Növbəti oyununuza az vaxt qalıb. Bu oyunçularda yorğunluq yaratmaz?
– Ehtiyat oyunçularımız da var. Özümüzə gələcəyimizə inanırıq. "Neftçi"nin bu gün müdafiəsi güc sərf etdisə, biz həm hücumda, həm də müdafiədə güc itirdik.

– Qış fasiləsinə qədər çempionluğa əsas namizədin bəlli olacağını düşünürük. Sizin fikirləriniz nədi?
– Hamı bilir ki, əsas namizəd "Qarabağ"dı. Ardınca da "Neftçi".

– Avroliqaya vəsiqə qazanmaq istəyirsiz?
– Bəli. Həm Avroliqaya vəsiqə qazanmaq, həm də digər komandalara baş ağrı olmaq istəyirik. (matc.az)

Shares: