Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışına başlayıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Rəqib meydan sahibi Belarus olub. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb – 3:5. Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurub.

Avqustun 28-nə qədər Minskdə hazırlıq keçəcək millimiz həmin gün yerli komanda ilə ikinci dəfə üz-üzə gələcək.

Shares: