17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Ukraynada təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində bu gün İsrail yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:6 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Futbolçuların oyun praktikası yoxdu. Bunun da əsas səbəbi çempionatın başlamamasıdı. Yoxlama oyunları olduğuna görə, oyun ərzində bütün futbolçulara oynamaq şansı verildi. Üstəlik, zədəli futbolçularımız da var. Eyni zamanda, İspaniyada toplanışda olan oyunçularımız bizimlə deyil. Xatırladım ki, bundan öncə U-19-da çalışdığımız dönəmdə yoxlama oyunlarında ardıcıl 8 oyunda, bir qol belə vurmadan məğlub olmuşduq. Ancaq hazırlığımızı tədricən keyfiyyətə çevirərək yekunda elit-raunda vəsiqə qazana bilmişdik. İnaniram ki, yenə də əzmlə çalışaraq, uğura imza ata biləcəyik. Bu gün həm fiziki, həm də taktiki baxımdan və reytinqə görə 2-ci qrupda yer alan güclü İsrail millisinə qarşı oynadıq. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq”.