Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb. 

Belfastda baş tutan ilk oyunda 2:3 hesabıyla məğlub olan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də bəs edirdi. Azərbaycan çempionu matçın əvvəlində erkən qolla hesabı açıb. Son dəqiqələrdə isə daha bir qol vuran təmsilçimiz üstünlüyünü daha da artırıb. "Linfild"in gücü yalnız əlavə olunmuş dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çatıb. Beləliklə, "Qarabağ" 6-cı dəfə avrokubokların, 5-ci dəfə isə Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu

29 avqust

“Qarabağ” – “Linfild” 2:1
Qol: X.Romero, 6. A.Zubir, 88 – Ş.Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero,  11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.

Shares: