Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirinin qrup mərhələsində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan yığmamızın budəfəki rəqibi Latviya olub.
İlk iki matçda İsrailə (0:6) və Ukraynaya (2:4) məğlub olan komandamız ilk qələbəsini qazanmaq niyyətindəydi. Amma Vüqar Məmmədin çalışdırdığı kollektiv bu görüşdən də məğlub ayrılıb. Futbolçularımız hətta rəqibin uzun müddət azlıqda oynamasından da yararlana bilməyiblər. Əksinə, latviyalılar matça əlavə olunmuş dəqiqədə daha bir qol vurmaqla inamlı qələbəyə seviniblər.
Viktor Bannikov turniri
29 avqust
Azərbaycan – Latviya 0:2