“Qarabağ"la ilk oyundan sonra Devid Hiliyə təbrik mesajı göndərdim. Onun ölkə futbolu üçün mükəmməl işlər gördüyünü düşünürəm”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qlentoran" klubunun baş məşqçisi Mik Makdermot deyib.

Şimali irlandiyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində "Linfild" – "Qarabağ" cütlüyünü dəyərləndirib. Karyerası ərzində İranda da çalışmış Makdermot bölgə ilə bağlı məlumat verib.

45 yaşlı mütəxəssis "Linfild"i Bakıda çətin mübarizənin gözlədiyini vurğulayıb: "Linfild" Bakıda bir qazanın içinə düşəcək. Buna hazır olmalıdılar. Düşdükləri mühitdə, meydandan kənarda, oteldə, avtobusda, hətta viza məsələsində böyük döyüş olacaq. İranda çalışdığım üçün o bölgədəki duruma bələdəm. Bilirəm ki, ora getdiyiniz zaman sizə nə edə bilərlər. Matç başladıqda meydanda güclü olmalıdılar".

İran və Kolumbiya millisinin sabiq məşqçisi Belfastdakı ilk qarşılaşmanın nəticəsinin "Qarabağ" üçün daha sərfəli olduğunu düşünür: "Hesab 3:1 bitsəydi, mükəmməl olardı. 3:2 hesabı isə "Qarabağ"a 1:0 hesablı qələbə üçün daha çox inam verir". (matc.az)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Linfild" oyunu saat 20:00-da başlayacaq.

Shares: