Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, son olaraq “Boluspor”un formasını geyinən, yayda sözügedən klubla yollarını ayıran millimizin keçmiş müdafiəçisi TFF 1-ci liqanın digər təmsilçisi “Altınordu”ya keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ufuk yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

29 yaşlı müdafiəçi Türkiyədə daha öncə “Əskişəhərspor”, “Qazişəhər”, “Kayserispor”, “Manisaspor” və “Samsunspor” klublarında da çıxış edib.

Shares: