İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi “Fiorentina”dan Kristiano Biraqini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.
Milan təmsilçisi mövsümün sonunda 12 milyon avro qarşılığında müdafiəçinin transfer hüquqlarına sahib ola bilər.
“İnter”in yetirməsi olan Biraqi, “Kataniya”, “Qranada”, “Peskara” kimi klublarda da çıxış edib. Sol cinah müdafiəçisi 5 dəfə də İtaliya millisinin formasını geyinib.