“Nitsa”nın keçmiş prezidenti Jan-Pyer River yenidən kluba qayıdıb.
Futbolinfo.az xəbər verir ki, River yenidən əvvəlki vəzifəsinin icrasına başlayıb. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
River, klubun əvvəlki sahibi ilə olan fikir ayrılığına görə 2019-cu ilin yanvarında vəzifəsindən ayrılmışdı.
“Nitsa” klubu bir müddət əvvəl ingilis milyarder Cim Retkliffə satılıb.