Fransanın “Olimpik” (Lion) klubu iki futbolçusunun müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi qapıçı Entoni Lopeş və müdafiəçi Leo Dyuba ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lopeşlə 2023-cü, Dyuba ilə isə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb. Lion klubunun yetirməsi olan Lopeş, Portuqaliya millisinin də üzvüdü.

Dyuba isə “Nant”ın yetirməsidi. 2018-ci ilin yayında “Olimpik”ə keçən 24 yaşlı müdafiəçi Fransa millisinin də formasını geyinir.

Shares: