2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu ada “Barselona”nın forvardı Lionel Messi layiq görülüb.

O, Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində mükafatlandırıb. Argentinalı futbolçu Sadio Mane ilə Kriştianu Ronaldonu üstələyib.

Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Dayk, yarımmüdafiəçisi ötən ili “Ayaks”da keçirən, hazırda Messi ilə “Barselona”da komanda yoldaşı olan Frenki de Yonq seçilib.

Shares: