“Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Linfild”in baş məşqçisi Devid Hili deyib. Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 3:2 hesabı ilə qalib gəldiyi “Qarabağ”a cavab görüşündə məğlub olaraq (1:2) mübarizəni dayandırıb.

Oyunsonrası mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram”.

– Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?
– Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.

– Bəlkə komandanızda oyun bütövlüyü yoxdu…
– Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadı.

– Sizi Belfasta uzun yolçuluq gözləyir. Təyyarədə ən çox kimi və nəyi xatırlayacaqsınız?
– Bakını xatırlayacam. Burda çox gözəl münasibətlə qarşılaşdıq. “Qarabağ”a təşəkkür etmək və uğurlar arzulamaq istəyirəm.

– Hər iki oyunda “Qarabağ” üstün olsa da, çətinliklə qalib gəldi. Rəqiblə başabaş mübarizə aparmağı hansı keyfiyyət sayəsində bacardınız?
– Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi.

– Sizcə, bu gün ən yaxşı oyunçunuz kim idi?
– Bir nəfəri seçmək çətindi. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. “Qarabağ”dan isə Zubir və Almeydanın hərəsinə 1 milyon verməyə dəyər. (matc.az)

Shares: