İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”dən Aleksis Sançesi icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı forvard 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.
“İnter” çilili oyunçu üçün “Mançester Yunayted”ə 5 milyon avro icarə haqqı ödəyib.
Bununla da Sançes 8 illik fasilədən sonra İtaliyaya qayıtmış oldu. O, 2008-2011-ci illər aralığında bu ölkənin “Udineze” klubunun uğurları üçün çalışıb.
Çilili hücumçu “Mançester Yunayted”də 2018-ci ildə “Arsenal”dan transfer olunmuşdu. O, “qırmızı şeytanlar”ın heyətində 45 oyuna 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.