Son olaraq İspaniya milli komandasının “sükanı arxasında” çalışmış Luis Enrike ağır itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, mütəxəssisin 5 ay idi sümük xərçəngindən müalicə olunan 9 yaşlı qızı Ksana vəfat edib. Bu barədə ispaniyalı mütəxəssis rəsmi “tvitter” hesabında yazıb.
Enrike iyunun 19-da ailə məsələlərinə görə İspaniya millisinin baş məşqçi postundan istefa vermişdi. O, bu vəzifədə cəmi 11 ay fəaliyyət göstərmişdi.