17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, milli 7-ci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşıb.
Vüqar Məmmədin baş məşqçisi olduğu komanda 3:1 hesablı qələbə qazanıb. Yığmanın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib. Beləliklə, milli turniri 7-ci pillədə başa vurub.