İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi türkiyəli futbolçu İsmayıl Köybaşını transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bu yay “Fənərbaxça”dan ayrılan futbolçu yeni komandasına azad agent kimi transfer olunub. Maraqlıdı ki, “Qranada” daha öncə “Fənərbaxça”dan ayrılan Roberto Soldadonu da azad agent kimi heyətinə qatmışdı.

Tütkiyə millisində 20-dən çox oyun keçirmiş Köybaşı, “Qaziantepspor”un yetirməsidi. Sol cinah müdafiəçisi daha çox 2009-2016-cı illər aralığında formasını geyindiyi “Beşiktaş”dakı çıxışı ilə tanınıb. 2016-cı ildən etibarən isə o, “Fənərbaxça”da çıxış edirdi.

Shares: