UEFA Gənclər Liqasının (UYL) 2019-2020-ci illər mövsümündə iştirak edəcək 64 klubun hər biri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, onlardan 32-si əsas komandalarının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, 32-si isə öz ölkələrinin çempionatının qalibi olması sayəsində yarışda iştirak edəcəklər.

İkinci "32-lik"də "Qəbələ" də yer alacaq. Təmsilçimiz 3-cü dəfə bu yarışın iştirakçısı olacaq.

Sentyabrın 3-də UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində klublar reytinqə əsasən səbətlərə bölünməyəcək. Lakin coğrafi mövqelərə əsasən 4 hissəyə ayrılacaq. 

Ötən ilki püşkü nəzərə alsaq, "Qəbələ"nin Yunanıstan (PAOK), Polşa ("Korona"), Kipr (APOEL), Sloveniya ("Domjale"), Moldova ("Şerif"), İspaniya ("Saraqosa") və Latviya ("Liepaya") təmsilçilərindən biri ilə düşmək ehtimalı var. Püşkatma Bakı vaxtilə saat 16.00-da başlayacaq. 

Shares: