Avropa Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu mükafatın sahibinin adı Avroliqanın qrup mərhələsinin Monakoda keçirilən püşkatmasında açıqlanıb.

Bu ada Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının finalında qələbə sevinci yaşayan “Çelsi”nin futbolçusu Eden Hazard yiyələnib. Hazırda “Real”da çıxış edən hücumçu UEFA-nın sorğusunda Luka Yoviç və Olivye Jirunu qabaqlayıb.

Qeyd edək ki, ötən mövsümün Bakıdakı final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

Shares: