“İqtisadi və kadr potensialı olmayan komandalarla qarşılaşacağıq. Püşkün nəticəsindən məmnunuq. Ancaq oyunlar olmamış danışmaq tezdi”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın "Sevilya" klubunun idman direkotoru Ramon Monçinin müavini Emilio de Dios İspaniya mətbuatına açıqlamasında deyib.
O, rəqiblər arasında "Qarabağ" və APOEL-i xüsusi fərqləndirərək bu komandaların avrokuboklarda təcrübəli olduğunu qeyd edib: "Orta səviyyəli qrup olduğundan, narazı qala bilmərik. APOEL və "Qarabağ"ın avrokubokda rəqabət ənənəsi var. Onlar bu tempə öyrəşiblər. "Düdelanj" bir az zəif görünə bilər. Amma Avropada asan oyun olmur".
Qeyd edək ki, "Sevilya", "Qarabağ", APOEL və "Düdelanj" A qrupunda mübarizə aparacaq.