Futbol üzrə Avstriya 2-ci liqasında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Lafnitz”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Barış bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Austria” hazırda 14 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Shares: