Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin sabiq hücumçusu Mevlut Erdinçi transfer edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Erdinç son mövsümü icarə əsasında "Antalyaspor"da keçirib. Bu yay müqavilə ilə bağlı olduğu “Başakşəhər”dən ayrılan futbolçu “Fənərbaxça”ya azad agent kimi keçib.
Fransada dünyaya gələn, “Soşo”nun yetirməsi olan Türkiyə millisinin sabiq üzvü, karyerası ərzində PSJ, “Renn”, “Sent-Etyenn”, “Hannover”, “Genqam”, “Mets” klublarında da çıxış edib.