Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında dəyişikliklər edilib. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən:
1. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.
2. “Neftçi” – “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.
3. “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
Bütün bu dəyişikliklərin Qəbələdəki oyunla bağlı olduğu dəqiqdi. Çünki Əliyar Ağayevin briqadası geri çağırılıb və digər matçın 4-cüsü Rəhim Həsənov ora göndərilib. Səbəb hələ açıqlanmır.