“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının ən çox oyun keçirən futbolçuları siyahısındadı. “Linfild”ə qarşı pley-off mərhələsinin cavab görüşü 37 yaşlı müdafiəçi üçün bu turnirdə 62-ci olub.
Təsnifat mərhələləri də daxil olmaqla nəzərə alınan statistikada Sadıqov 23-26-cı yerlərə şərikdi. Salim Toama, Yoris Matiysen, Aleksandr Anyukov və Martin Şkrtel də eyni göstəriciyə malikdi. 2001-ci ildə bu turnirdə debüt edən Rəşad 62 matçın 57-ni “Qarabağ”, 4-nü “Neftçi”, 1-ni isə "Kayserispor"da (Türkiyə) keçirib.
Sadıqov qrup mərhələsinin 6 oyununda da meydana olsa, ilk “15-liy”ə düşə bilər. Turnir tarixinin ən çox oyun keçirən futbolçusu “İnter”in əfsanəvi müdafiəçisi Cüzeppe Berqomidi. O, 96 matçda iştirak edib.