İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi digər elita klubu “Milan”dan Dieqo Laksaltı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı müdafiəçi satınalma şərti ilə 1 illik icarəyə götürülüb. Mövsümün sonunda Laksaltın transfer hüququnu almaq Turin klubuna 11,5 milyon avroya başa gələcək.
Uruqvay millisinin də üzvü olan Dieqo, “Defensor Sportinq”in yetirməsidi. O, 2013-cü ildə bu klubdan İtaliya təmsilçisi “İnter”ə transfer olunsa da, bu Milan klubunda heç bir rəsmi oyuna çıxmayıb. Həmin dövrdən etibarən “Bolonya”, “Empoli” və “Cenoa” kimi klublara icarəyə verilən sol cinah oyunçusu 2016-da “İnter”dən ayrılıb. 2016-2018-ci illər aralığında “Cenoa”da çıxış edən Laksalt, “Milan”a ötən il transfer olunmuşdu.