İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Florensiya təmsilçisi A Seriyasının digər iştirakçısı “Latsio”dan müdafiəçi Martin Kaseresi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu “Latsio”dan azad agent statusu ilə ayrıldığına görə, florensiyalılar heç bir kompensasiya ödəməyiblər.
Uruqvay yığmasında 100-ə yaxın oyun keçirən futbolçu ölkəsinin “Defensor” klubunun yetirməsidi. O, İtaliyada “Yuventus” və “Verona” klublarının da formasını geyinib. Uzun müddət İspaniyada da legioner həyatı yaşan futbolçu bu ölkənin “Vilyarreal”, “Rekreativo”, “Barselona”, “Sevilya” klublarının uğurları üçün çalışıb. 2017-ci ildə isə Kaseres qısa müddət İngiltərənin “Sauthempton” klubunda forma geyinib.