İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Naço Monreal ölkəsi İspaniyaya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı cinah oyunçusu "Real Sosyedad"la anlaşıb.
San-Sebastyan təmsilçisi rəsmi saytı vasitəsilə bu keçidi təsdiqləyib. La Liqa klubu təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalayıb. Monreal 6 il formasını geyindiyi "Arsenal"dan "Real Sosyedad"a azad agent kimi keçib.
Qeyd edək ki, Naço Monreal "Arsenal"a keçməzdən əvvəl ölkəsində "Osasuna" və "Malaqa"da çıxış edib.
“Arsenal”da 6 mövsüm ərzində 251 oyuna çıxan ispaniyalı futbolçu 10 qola imza atıb. O, İspaniya yığmasında da 21 oyun keçirib.