Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi London “Arsenal”ının yarımmüdafiəçisi Məhəmməd Elnenini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı misirli futbolçu satınalma şərti ilə 1 illik icarəyə götürülüb.

Elneni 2015/16 mövsümünün dövrələrarası fasiləsi dövründə İsveçrənin “Bazel” klubundan İngiltərə təmsilçisinə transfer olunub. Misir yığmasının üzvü ötən mövsüm “topçular”ın heyətində cəmi 17 oyuna çıxıb.

Shares: