Premyer Liqada ötən mövsüm bitdikdən sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl çempionluq kubokunun Ağdama aparılacağını vəd etmişdi. Yeni mövsüm başlayıb, amma qızıl medalçı hələ də doğma rayonun yolunu tutmayıb.
Təbii ki, sıx qrafik üzündən bunun indiyədək baş tutmaması gözlənilən idi. İndi isə bunun üçün zaman olacaq. Bəs, Ağdam camaatına verilən vəd nə vaxt yerinə yetiriləcək?
Sualımıza “Qarabağ”ın direktoru Əmrah Çəlikəl cavab verməyə çalışdı: “Kuboku Ağdama aparmağı istəyirik, bu barədə fikirləşirik. Amma hazırda əsas hədəfimiz “Qarabağ”ın adını yüksəltməkdi, bütün çalışmalarımız bu yöndədi. İnşallah qısa zaman ərzində, uyğun vaxt tapıb bunu da həyata keçirərik”.