Belçika milli komandasının sabiq üzvü Kevin Miralyas İngiltərənin “Everton” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, 2012-ci ildən Premyer Liqa təmsilçisinin uğurları üçün çalışan 31 yaşlı futbolçu bundan sonra karyerasını Belçikanın “Antverpen” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Belçika yığmasında 60 oyun keçirən, 10 qol vuran Miralyas, Fransanın “Lill” klubunun yetirməsidi. Daha sonra o, bu ölkədə “Sent-Etyenn” klubunun uğurları üçün də çalışıb. 2010-cu ildə Yunanıstanın “Olimpiakos” klubuna transfer olunan futbolçu “Everton”a da məhz bu komandadan gəlib. 2018-ci ildə Premyer Liqa klubu onu qısa müddətə “Olimpiakos”a icarəyə verib. Geridə qalan mövsümdə icə Kevin İtaliyanın “Fiorentina” klubunda icarədə olub.  

Shares: