“Atletik” klubu İspaniya La Liqasının 3-cü turunda “Real Sosyedad”ı məğlub edib – 2:0.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Bilbao təmsilçisinin hücumçusu İnyaki Uilyams yeni rekorda imza atıb.
Belə ki, 25 yaşlı futbolçu “Real Sosyedad”a qarşı oyunda da iştirak edərək, Bilbao təmsilçisi ilə ardıcıl 122-ci matça çıxıb. Bu, 21-ci əsrin rekord göstəricisidir. Uilyams 21-ci əsrdə bir komanda ilə ardıcıl 122 oyuna çıxan ilk futbolçu olub.
“Atletik” bir müddət əvvəl yetirməsi İnyaki ilə 9 illik yeni sözləşmə imzalayıb.