Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.
“Qəbələ” İdman Klubu Sənan Qurbanova komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.