“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. 

Futbolinfo.az xəbər verir ki, sözügedən klub türkmənistanlı müdafiəçi Camaldin Hocaniyazovu heyətinə cəlb edib.

Bu barədə “Transfermarkt” məlumat yayıb. Son olaraq Belarusun BATE klubunun uğurları üçün çalışmış 23 yaşlı futbolçu ilə 2020-ci ilədək müqavilə bağlaıldığı bildirilir. Amma “Sumqayıt” hələlik bu transferi rəsmən açıqlamayıb.

Mart ayından BATE-də çıxış edən 23 yaşlı müdafiəçi, bu klubun heyətində cəmi 2 matçda iştirak edib. “Zenit”in yetirməsi olan futbolçu sonralar “Amkar”, “Orhus”, “Ural” (Yekaterinburq), “Dinamo” (Sankt-Peterburq), “Baltika” (Kalininqrad) kimi klublarda da forma geyinib. Camaldin Rusiyanın U-16, U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

Shares: